“Bu plov ilə gün ərzində tox qalaraq arıqlayacaqsınız!

Bu plov ilə gün ərzində tox qalaraq arıqlayacaqsınız!

Diyetdə olanlar üçün xüsusi plov resepti ilə qarşınızdayıq. Kiçik dəyişikliklərlə istədiyiniz qədər plov yeyərək həm də arıqlaya bilərsiniz. Məsələn, hər zaman qaynatdığınız düyünün suyuna bir çay qaşığı kokos yağı əlavə etsəniz, bu, plovun kalori dəyərini aşağı salacaq. Plovu bişirdikdən sonra 12 saat soyuducuda gözlətdikdən sonra rahatlıqla yeyə bilərsiniz.

Ərzaqlar:
1 stəkan ağ düyü

2 stəkan su

Limon

Nanə

Zeytun yağı

Qaynadılmış qarğıdalı

Hazırlanması
Plovu bişirməyə 2 stəkan suyu qaynatmaqla başlayın.

Sonra 1.5 çay qaşığı duz əlavə edin və düyüləri 10-15 dəqiqə diri qalacaq şəkildə bişirin.

Qazın altını söndürdükdən sonra içinə 1 stəkan soyuq su töküb süzün.

Limonun suyunu sıxıb nanə, zeytun yağı və qayndaılmış qarğıdalını qarışdırın.

Plovun içinə tökün və afiyətlə yeyin. Nuş olsun!
Pəhriz saxlayırsınızsa, bunlara diqqət edin!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!