“Yaşlılığın xəbərçisi olan göz ətrafındakı qırışlara qarşı nə etməli?

Yaşlılığın xəbərçisi olan göz ətrafındakı qırışlara qarşı nə etməli?

Xüsusilə gözün ətrafında görünən, yaşlılığın əlaməti olan incə qırışlar, çox mimik və jestlərdən istifadə etdikdə vaxtından tez yarana bilir. Bəs bu qırışlara maneə olmaq üçün nə etməli? Bunun üçün 3 əsas yol var!

Süd və pambıq
Südün nə qədər faydalı olduğunu hamımız bilirik. Südün içində olan protetin, amino turşusu və lipidlər qırışların əmələ gəlməsini gecikdirir. Pambığa bir az süd töküb 15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayıb təmizləyin. Əgər südün təsirini artırmaq istəyirsinizsə, içinə bal da əlavə edin.

Paket yaşıl çay
Gündəlik həyatda istifadə etdiyiniz paket yaşıl çayları dəmlədikdən sonra zibilə atmayn. Dəmlənmiş çayı soyuducuda gözlətdikdən sonra qırışlar olan hissənin üzərinə qoyun və bir neçə dəqiqə gözlədin. Bu tətbiq həm gözlərinizi rahatlaşdırır, həm də qırışların əmələ gəlməsini gecikdirir.

Halqa kartof dilimləri
Son zamanlarda cild baxımında tez-tez rastlaşdığımız kartof, xüsusilə, cilddəki ləkələri yox etməkdə çox təsirlidir. Eyni zamanda üzdəki qırışlara qarşı da effektiv olan kartofu oval dilimlərə ayıraraq gözlərinizin üzərində 10 dəqiqə gözlədin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar