“Qüsursuz bir cild üçün qarğıdalı unu!

Qüsursuz bir cild üçün qarğıdalı unu!

Qarğıdalı ununun cildə olan faydalarını eşitmişdiniz? Bədən sağlamlığına faydalı olan qarğıdalı unu, eyni zamanda dəriyə qulluq üçün də olduqca faydalı bir qidadır. Dəridəki ölü dərilərin təmizləməsinə kömək edir və qan axışını sürətləndirərək cildin daha sağlam görünməsini təmin edir. Bəs qarğıdalı ununun bilmədiyimiz faydaları nələrdir? Qarğıdalı unu ilə necə maska hazırlanır?

Qara nöqtələrdən qurtulmaq üçün qarğıdalı unu maskası
1 yemək qaşığı qatığın içinə rəndələnmiş limon qabığı və 1 yemək qaşığı qarğıdalı unu əlavə edib, qarışdırın. Ardınca üzünüzə çəkib 15 dəqiqə gözlədin. Ovaraq ilıq su ilə cildinizdən təmizləyə bilərsiniz. Maska sayəsində cildinizdəki ölü dəriləri təmizləyəcəksiniz.

Qaralan dirsəklər üçün maska
1 çay qaşığı ağ gil, 1 çay qaşığı qarğıdalı unu və 1 çay qaşığı nəmləndirici kremi qarışdırıb dirsəklərinizə pilinq edin. Qısa müddət ərzində qaralmaların aradan qalxdığını görəcəksiniz. Maska cildinizdəki qaralmaları ortadan qaldıracaq.

Sızanaq izləri üçün maska
2 yemək qaşığı qarğıdalı unu, 2 yemək qaşığı qatıq və 1 yemək qaşığı əl kremini qarışdırıb bir az su ilə sulandırın. Masaj edərək 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə təmizləyə bilərsiniz. Sızanaq izlərinizin yox olmasını istəyirsinizsə, bu maskadna istifadə etməyiniz kifayət olacaq. Qısa müddət ərzində izlərdən qurtulacaqsınız.
Cildinizdəki toksik maddələrdən təmizləmək üçün günlük qulluq 

Sızanaqlar üçün limon maskası


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar