“Diod və Alexandrit lazer epilyasiya arasındakı fərqlər

Diod və Alexandrit lazer epilyasiya arasındakı fərqlər

İstənməyən tüklərdən narahat olan, baxımı üçün saatlarla vaxt xərcləmək istəməyən və bu problemə “dayan” demək istəyən insanlar lazer epilyasiya ilə maraqlanmağa başlayırlar.

“Ən yaxşı lazer epilyasiya növü hansıdır?”, “Lazer epilyasiyanın zərərləri nələrdir?”, “Diod yoxsa Alexandrit?” kimi sualların cavabını tapmaq, tanışlardan soruşmaq bəzən başımızı qarışdıra bilər. Ona görə də bu məqaləmizdə sizin suallarınızı cavabladıq!

Hansı cild tipinə hansı lazer növü tətbiq edilir?
Alexandrit lazer tük kökləri və melanini hədəfləyir. Bu səbəblə də bəyaz və açıq rəngli dəri tipinə sahib olan insanlar üzərində mükəmməl təsir yaradır.

Lakin dəriniz tünd rənglidirsə, Alexandrit melaninlər tərəfindən absorbsiya edildiyi üçün cilddə yanıqlar əmələ gətirə bilər.

Diod lazer isə birbaşa tük köklərini hədəf alır və cild tünd rəngli olsa da bu, seansların məhsuldarlığına təsir etməz.

Hər iki lazer də bütün cild tiplərində istifadə edilə bilsə də, ən effektiv nəticə üçün açıq cildə sahib olan insanlar Alexandrit, tünd rəngə sahib olanlar isə Diod lazerə üstünlük verməlidir.

Lazerdən sonra tüklərə nə olur?
Alexandrit lazer epilyasiyanın ən böyük avantajlarından biri seansdan sonra tətbiq edilən hissələrdəki tüklərin tamamilə yox olmasıdır. Amma Diod lazer üsulunda isə tüklər seansdan sonra yox olmur, 1-2 həftə ərzində tədricən tökülməyə başlayır. Hətta kiçik bir toxunuşla belə tüklərin qopduğunu müşahidə edə bilərsiniz. Bu səbəblə Diod lazer, Alexandrit lazer kimi anında nəticə vermədiyi üçün bir çox insanı məmnun etməyə bilər, lakin zaman keçdikcə, hər ikisi də mükəmməl nəticəni əldə edəcəkdir.

Diod və Alexandrit lazer epilyasiya arasındakı fərqlər nədir?
Dalğa uzunluqları: Alexandrit lazerin dalğa uzunluğu 755, Diod lazerin isə 800-810 nanometrdir.
Bu məlumata əsaslanaraq, Diod lazer daha dərinə enə bildiyi üçün daha dərinə nüfuz edir.
Dalğa boyları nə qədər uzun olarsa, hiss edilən ağrı da çox ola bilər.

Nə qədər ağrı hiss edilir?
İlk olaraq bildirmək lazımdır ki, hər iki lazer növündə də dözülməyəcək bir ağrıdan söhbət gedə bilməz. Amma Alexandrit və Diod lazer arasındakı fərqlərə nəzər salsaq;

Alexandrit lazer epilyasiya daha ağrısız metoddur. Yuxarıda da qeyd etdiyimiz kimi cildin nə qədər dərininə enərsə ağrı o qədər çox olar.  Diod lazerin dalğa uzunluğu Alexandritlə müqayisədə cildin dərininə nüfuz etdiyi üçün hiss edilən ağrı daha çox olur. Lakin Diod lazer üsulunda ağrının minimuma endirilməsi məqsədi ilə soyuducu gel istifadə olunur.

Nəticə olaraq; hər iki epilyasiya üsulunda da minimum ağrı hiss edilir. Lakin bildirmək lazımdır ki, insanların ağrıları dərəcələndirməsi fərqlidir.

Tətbiqləri necə olur?
Alexandrit və Diod lazer epilyasiya seansları zamanı bədənin hissələrinə uyğun başlıqlardan istifadə olnur. Alexandrit lazerdə vuruşlar tək-tək olur.

Diod lazerdə, Alexandritdən fərqli olaraq tək-tək vuruşlar atılmır. Soyuducu gel vurulan cildin üzərində başlıq sabit sürətlə gəzdirilir.

Seans sayları: Hər iki lazer epilyasiya yöntəmində də müalicənin effektiv olması üçün lazım olan seans sayları fərqlidir.

Tük köklərinin quruluşu və tüklərin uzanma periodu seans sayını artıra bilər, amma ümumiləşdirsək;
Alexandrit lazer seanslarının sayı 6-12 dəfə təkrarlanması məsləhət görülür. Diod lazer epilyasiya üçün isə bu say 4-8 arası dəyişir.

Hansı daha effektivdir?

Lazer epilyasiya reklamlarında real olmayanda nəticələr vəd edilsə də, heç bir lazer metodu tükləri tamamilə yox etmir.

Nəticələrə baxsaq, Diod lazer, Alexandrit lazerə nəzərən daha təsirlidir. Təsir faizi 90% olaraq dərəcələndirilə bilər.

Nəticə olaraq;
Hər iki lazer növü də bütün bədən üçün istifadə edilə bilər, üz nayihəsi istisna olmaqla!

Üzə hansı lazer metodu tətbiq etmək lazımdır?
Alexandrit lazer qalın tüklərdə təsirli olan lazer növüdür. Əgər üz nayihəsində istifadə edilərsə, nazik tüklər də qalınlaşaraq gözlə görünə bilən hala gələ bilər.

Lakin Diod lazer epilyasiya metodunda belə bir risk yoxdur. Diod lazer bədənin bütün hissələrində istifadə oluna bilər, üz bölgəsi də daxil olmaqla.

Önəmli qeyd!
Lazer epilyasiyaya olan tələb gün keçdikcə artdığı üçün bu işlə məşğul olan mərkəzlərin də sayı artmaqdadır. Sizə uyğun ən yaxşı lazer epilyasiya yerini seçərkən daha diqqətli olmalısınız. Epilyasiya mərkəzlərində istifadə edilən cihazların markası, salonun gigiyenası, cihazların nə dərəcədə güvənilir olması və s. Detallı olaraq araşdırılmalıdır. Eyni zamanda lazeri tətbiq edən insanın da mütəxəssisliyi də diqqətə alınmalıdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar