“Eviniz üçün dekorativ əşya fikirləri

Eviniz üçün dekorativ əşya fikirləri

Hər kəs yaşadığı məkanı gözəlləşdirmək istəyir. Günün bir çox hissəsini keçirdiyimiz, dostlarımızı, ailəmizi və sevdiklərimizi qonaq etdiyimiz evlərimiz əslində bizim ruhumuzu əks etdirir desək, yalan olmaz. Ona görə də ev dekorasiyası tam da bu nöqtədə önəm qazanır. Bir-birinə uyğun olan mebellər, divarlara asılan tablolar, naxışlı pərdələr bir araya gəldiyi zaman gözlərimiz üçün əsl şou olur.

Eviniz üçün uyğun ola biləcək bir-birindən gözəl dekorasiya fikirləri və əşyaları üçün məqaləmizi oxumağa davam edin.

Məsələn, farfordan istehsal olunmuş klassik üslublu qablar güldan, meyvə qabı və ya dekorativ əşya kimi istifadə oluna bilər.  Şəkildə gördüyünüz İtaliya istehsalı olan bu qablar zərifliyi, incəliyi və gözəlliyi ilə seçilir.

 Dekorativ qab #3

Evin divarları dekorasiya üçün ən uyğun yerlərdən biridir. Zövqünüzü ortaya qoyacaq və evinizin tərzini tamamlayacaq olan tablolardan istifadə edə bilərsiniz. Şəkildəki isə qızılı çərçivədə ağ farfordan hazırlanmış ov səhnəsini əks etdirir, hansı ki Royal Gallery mağazalarından əldə edə bilərsiniz.

Şəkil #5

Bildiyiniz kimi evin işıqlı olması onun dekorasiyası üçün bir o qədər önəmlidir. Bunun üçün də çılçıraq seçiminə xüsusilə diqqət yetirmək lazımdır. Royal Gallery-də zövqünüzə uyğun çılçıraqlar tapa bilərsiniz!

 

Keramikadan istehsal edilmiş qırmızı rəngli 6 şamlı çılçıraq fərqliliyi sevənlər üçün uyğun seçimlər arasındadır. Yuxarıda gördüyünüz dekorativ əşyaları və daha çoxunu Royal Gallery mağazalarından əldə edə bilərsiniz!

Evin işıqlı və eyni zamanda geniş görünməsini istəyirsinizsə, divarlara tablolar ilə yanaşı aynalar da yerləşdirə bilərsiniz. 

living room mirrors ideas ile ilgili görsel sonucu

Əgər otaqlar balacadırsa, açıq rənglərə üstünlük verməli və qarışıq görünən oboylardan istifadə edilməməlidir. 

tiny bedroom design ile ilgili görsel sonucu

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!