“Tərəzi bürcünün ümumi xüsusiyyətləri

Tərəzi bürcünün ümumi xüsusiyyətləri

Tərəzi bürcü bütün bürclərdən daha zərif və kübardır. Onlar ədaləti, siyasəti və nizamı təmsil edirlər. Tərəzi bürcü gözəllik və sevgi ilə doludur. Tərəzilər tam bir evlilik insanıdır. Onlar kobud olmaqdan son dərəcə nifrət edirlər. Gözəllik və estetik hissləri inkişaf etmiş insanlardırlar. Uyğunluq onlar üçün çox önəmlidir. Bunu həyatlarının hər sahəsində axtarırlar. Son dərəcə zəkalı, özündən gözlənməyən qədər saf və təmiz qəlblidirlər. Bu səbəblə də çox asanlıqla aldadıla bilərlər. Tərəzilər çox yaxşı dinləyicidirlər. Tələskənlikdən xoşlanmırlar. Nadirən tələskən davranırlar.

Onların ən böyük məqsədi nizamı bərpa etməkdir. Özləri də son dərəcə sabit insan olsalar da bəzən insanların əsəblərini poza bilərlər. Özlərindən heç gözlənmədiyi halda davakarlıq göstərə bilərlər. Son dərəcə inadcıl insanlardır. Üzüldükdə bunu çox dərindən hiss edirlər. Bu bürcün qadını son dərəcə gözəl, kişiləri isə son dərəcə yaraşıqlıdır. Üzlərindən yumşaq və təsirli bir təbəssüm heç bir zaman əskik olmaz. Qaraqabaq və sərt görkəmli tərəzi insanıyla rastlaşmaq olduqca çətindir. Asan əsəbləşməzlər və əsəbləri də çox tez keçər.

Həm son dərəcə həssas, həm də son dərəcə əyləncəli insanlardır. Ağlamağı sevən, asanlıqla göz yaşı tökən bir çox Tərəzi bürcü insanı vardır. Ancaq bir anda hər şey dəyişir və əylənməyə başlayırlar. Hər şeyi geridə qoyub şən bir insan olurlar. Gülməyi, güldürməyi sevirlər. Tərəzi bürcü tam olaraq yaxşılıqdan, kübarlıqdan, inadkarlıqdan var olmuşdur. Onlar boyun əyməyin nə olduğunu bilməzlər.

Tərəzilər yaşanan hər mübahisədə ədalətli olan tərəf olacaqdır. Hər şeyi məntiq çərçivəsində həll etməyi sevirlər. Ancaq mübahisə zamanı bir Tərəzi ən mülayim insanı belə özündən çıxara bilər.

Onlar gözəl olan hər şeyə heyranlıq duyurlar və bu heyranlıq gəlib keçici deyildir. Bu heyranlıq bəzən ömür boyu davam edə bilər. Kübar və zərif olan şeylərə qarşı düşkünlükləri vardır. Gözlərinə gözəl görünən hər şeyə dəyər verirlər.

Tərəzi bürcü olduqca romantik bir bürcdür. Onlar həyatlarının hər sahəsində romantizm axtarırlar. Romantizmdən uzaq bir tərəzi insanı ilə qarşılaşmaq az qala qeyri-mümkündür.

 Android istifadəçiləri buradan saytımızın mobil tətbiqini endirə bilər:

https://play.google.com/store/apps/details?id=com.elitsolutions.leydi&utm_source=leydi.az

 

 Qoç bürcünün ümumi xüsusiyyətləri Qoç bürcünün ümumi xüsusiyyətləri
 Buğa bürcünün ümumi xüsusiyyətləri Buğa bürcünün ümumi xüsusiyyətləri
 Əkizlər bürcünün ümumi xüsusiyyətləri Əkizlər bürcünün ümumi xüsusiyyətləri
 Xərçəng bürcünün ümumi xüsusiyyətləri Xərçəng bürcünün ümumi xüsusiyyətləri
 Şir bürcünün ümumi xüsusiyyətləri Şir bürcünün ümumi xüsusiyyətləri
 Qız bürcünün ümumi xüsusiyyətləri Qız bürcünün ümumi xüsusiyyətləri
 Əqrəb bürcünün ümumi xüsusiyyətləri Əqrəb bürcünün ümumi xüsusiyyətləri
 Oxatan bürcünün ümumi xüsusiyyətləri Oxatan bürcünün ümumi xüsusiyyətləri
 Oğlaq bürcünün ümumi xüsusiyyətləri Oğlaq bürcünün ümumi xüsusiyyətləri
 Dolça bürcünün ümumi xüsusiyyətləri Dolça bürcünün ümumi xüsusiyyətləri
 Balıq bürcünün ümumi xüsusiyyətləri Balıq bürcünün ümumi xüsusiyyətləri

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!