“2018-də Oğlaq bürcünü nələr gözləyir?

2018-də Oğlaq bürcünü nələr gözləyir?

Oğlaq bürcü – 2018-ci ilin ilk ayında siz seçilmiş şəxslərlə işləmək məcburiyyətində qalacaqsınız. Yanvarın 9-u günün ikinci yarısı müqavilə bağlamaq, yeni layihələrə başlamaq üçün uyğun vaxtdır. İradənizə güvənin, rahat olun və həyatı öz axışına buraxın. Maşın, ev və ya sizə sonsuz xoşbəxtlik bəxş edəcək bir şey alın. 20 yanvar - 19 fevral tarixləri arasında yeni iş sahələrində işləmək şansı yaranacaq və bu məsələ öz aktuallığını uzun müddət qoruyacaq. İş yoldaşlarınızın ən gözlənilməz təkliflərini belə rədd etməyin, yeni münasibətlər qurun, təcrübələrinizi inkişaf etdirin. Başqalarının düşüncəsiylə hərəkət etməyin, öz yolunuzu gedin. Yeni və cəsarətli planların icrası  üçün gözlədiyiniz vaxtdır. Fevralın üçüncü on günlüyündə intriqadan çəkinin və özünüzü yeni şeylər öyrənməklə məşğul edin. Hissləriniz və fikirlərinizlə hərəkət edin, heç kəsə güvənməyin. Əks halda sizin haqqınız olan mükafatları başqaları mənimsəyəcək.

Mart ayında yeni bir hobbi tapa bilərsiniz. Yeni insanlarla tanış olacaqsınız, ilk təəssüratda tənqidi yanaşmayın, onlara özünü dügün təqdim etmə şansı verin. Martın sonlarına doğru keçmiş səhvlərinizi, yalnış seçimlərinizi düzəltməyə çalışın. Uğura gedən yolda bəzi qurbanlar verməlisiniz. Doğru zamanda hərəkətə keçib, harada dayanmalı olduğunuzu bilsəniz hədəfinizə çatacaqsınız. Ailənizə zaman ayırın, münasibətləri daim diqqət mərkəzində saxlayın.

Apreldə yaxşı zamanlarınız üçün nəzərdə tutduğunuz işlərin icrasına başlayın. Bir şeyi yenidən qurmalı və ya sıfırdan başlamalı olacaqsınız. Pul və ya təşəkkür naminə deyil, öz gələcəyiniz üçün işləyin. Bunun nəticəsində qürurla peşəkar bacarıqlarınızı göstərə biləcəksiniz. Aprelin 18-də fikirlərinizdə dəyişikliklər ola bilər. Gözlənilməz gələn təkliflərə qarşı diqqətli olun. İş və ya digər səbəblərdən uzaq məsafəyə səyahət gözlənilir. Gənc Oğlaqları sevgi gözləyir.

May ayının ortalarında ailə münaqişələrindən çəkinin, nəticəsi olduqca dramatik ola bilər. 15 mayda yeni Ay şəxsi münasibətlərə dair planları yeniləmək üçün yaxşı bir şəraitə dəstək verəcək. Yalnız işlərdə deyil, həyatın digər sahələrində də nailiyyətlər qazanacaqsınız. Mayın ikinci yarısında yaradıcı fikirlər sizə enerji verəcək. Romantik bir görüş, özünə baxım üçün ideal vaxtdır. Hobbilərinizə daha çox zaman ayırın.

İyun ayında nüfuzlu dostların dəstəyi sayəsində gözlənilməz uğurlar əldə edəcəksiniz. Xərcləriniz artacaq, şəxsi istəkləriniz və ya ailə ehtiyyaclarını qarşılamaq üçün həmişəkindən daha çox çalışmalı olacaqsınız. 5 iyun dürüstlüyünüz səbəbindən itgi verə bilərsiniz. İyun ayında ağır iş rejimindən qorxmayın və ailə münasibətlərindəki problemlərin düyünlərini açmaq fürsətini qaçırmayın. Uzun illərdir tanıdığınız insanlar haqqında yeni məlumatlar öyrənəcəksiniz.

İyul ayında siz təməlləri gücləndirməyə davam edəcəksiniz. Gələcəkdəki gəlir və xərclərin balansını saxlamaq üçün inanılmaz səylər göstərmək məcburiyyətində qalacaqsınız, çünki Marsın geriləmə hərəkəti yeni anlaşmaları və layihələri ləngidəcək. Amma səbrli olun, keçmiş işlərinizdən yaxşı gəlir əldə edəcəksiniz. Avqust ayında sizi uğur və maddi rifah gözləyir. Köhnə həmkarlar ilə əlaqələriniz bərpa oluna bilər, hətta yenidən birlikdə işləyə bilərsiniz. Çətin iş rejiminə baxmayaraq istirahətə vaxt ayırın və öz qayğınıza qalın.

Sentyabr sizə rahatlıq gətirəcək. Problemlərin ortadan qalxması və həyatınızın gedişatı sizə enerji verəcək. 8 sentyabrda yeni planların dağınıqlıq altında qalmaması üçün fərqli heç nə etməyin, gündəlik işlərinizlə məşğul olun. Yeni addımları sentyabrın 10-da atın. Biznesinizin inkişafini sürətləndirmək üçün xarici səfərə çıxın və yeni ortaqlıq qurun. Şəxsi həyatınızda sevinc, təəccüb, qəzəb kimi bir–birinə zidd olan hisslər keçirəcəksiniz. Uğurlarınızı yoldaşlarınızla paylaşmayın, yarana biləcək qısqanclıqdan ehtiyyat edin.

Oktyabrda komanda münasibətləri daha da güclənəcəkdir. Müdirinizin və iş yoldaşlarınızın dəstəyi ilə ən önəmli layihəni həyata keçirə bilərsiniz. Dostlarınız və ailəniz hər bir işdə sizin arxanızda duracaqlar. Çətinliyə düşdükdə dərdinizi etibar edəcəyiniz biriylə bölüşün. Ancaq sevgi və rəqabətdən çəkinin, burada şansınız olmayacaq.

Noyabr ayında bütün nailiyyətlərinizi, xərclərinizi və qənaətlərinizi gözdən keçirəcəksiniz və nəticədən  razı qalacaqsınız. Saturn Oğlaq üzərindən keçdiyi zaman sizin arzularınız hədəflərə çevriləcək. Alış-verişdə qənaətcil olun. Büdcəniz nə qədər dolu olarsa, gələcək həyatınız bir o qədər gözəl və rahat olar. İl sonunda bir çox Oğlaqı evlilik, övlad sahibi olmaq, şəxsi biznes qurmaq gözləyir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar