“2018-də Dolça bürcünü nələr gözləyir?

2018-də Dolça bürcünü nələr gözləyir?

Dolça bürcü – 2017-ci ildə siz bir çox yeniliklər öyrəndiniz, gələcəkdə icra etməli olduğunuz planlar qurdunuz. İndi isə artıq hərəkətə keçmək zamanıdır. Xəyalınızdakı həyatı yaşamaq üçün fəaliyyətinizdə praktik fantaziyalardan istifadə edin. 2018-in əvvəlindən başlayaraq aldığınız xəbərlər sizi daha çox işləməyə məcbur edəcək. Həmişə olduğu kimi hissləriniz sizi doğru yola aparacaq və əziyyətinizin bəhrəsini görəcəksiniz. Saturnun olduğu vəziyyət fikirlərinizi sağlamlığa yönəldəcək. Qidalanmanızı rejimə salın, idmanla məşğul olun, aktiv həyat tərzi keçirməyə çalışın. Hədəfinizə çatmaq üçün həyatınızı hər cəhətdən qaydaya salmalısınız.

6-12 yanvar tarixlərində talehin üzünüzə güləcəyi anı tutun, öz xeyiriniz üçün işlər görün. Planları dəyişdirə, yeni bir təklif qəbul edə, ağır bir yükdən qurtula bilərsiniz. Həyatınızla bağlı başqalarına daha az açıqlama verin, istədiyiniz kimi yaşayın. Bu riskli olsa da nəticədə xoşbəxt olacaqsınız. Gözlənilməz hadisələrə hazırlıqlı olun. 18 yanvardan başlayaraq, heç vaxt görmədiyiniz işi planlaşdırın, yeni bir şey öyrənməyə başlayın, yeni bir sosial çevrə, hobbi tapın. Həyat tərzinizi dəyişmək üçün yaxşı vaxtdır. Fevralın üçüncü on günlüyündə maddi və mənəvi baxımdan hər cür imkanlar yaranacaq. Eyni zamanda xərcləriniz də çoxalacaq və qənaətli davranmalı olacaqsınız. İnsanları və onların sizə qarşı olan münasibətlərini gözdən keçirəcəksiniz. Yeni ideyaları qiymətləndirmək və ən sərfəli tədbirləri seçmək üçün ən yaxşı vaxtdır.

Mart ayında işlər planladığınızdan ləng gedə bilər. Səbrli olun, heç bir bağlı qapını açmağa çalışmayın. Sizin güclü olmanızın səbəbi başqalarının dəstəyi deyil, öz iradənizdir. Yaranacaq bir çox hallarda özünüzü təsdiq etməyə, hərəkətlərinizin izahını verməyə məcbur qalacaqsınız. 23 mart – 13 aprel tarixləri ərzində yarım qalan işlərinizi tamamlayın. Ən maraqlı anları köhnə tanışlarınızla keçmiş xatirələri yada salaraq keçirəcəksiniz. Ancaq aprel ayının ikinci yarısından etibarən fəaliyyətiniz daha da məhsuldarlaşacaq, xoşbəxtlikdən "şokda" olacaqsınız. 18 aprel tarixi bu ilin hadisələrində dönüş nöqtəsi ola bilər və baş verən hadisələr enerjinizi ən üst səviyyəyə qaldıracaq.

Mayın ilk yarısı yeni tanışlıqlar, hobbillərlə məşğul olmaq üçün uyğun zamandır. Bir yerdə dayanmaq çətin olacaq və məşğuliyyət seçimində diqqətli olmalısınız. Fikir mübadiləsi, düzgün qərarlar, gələcək üçün hazırlanmış planlar sizi hədəfinizə yaxınlaşdıracaq. Martın 20-də tez-tez olduğu kimi qərarsızlıq və fikir dəyişikliyi yaşayacaqsınız. Bəzi şeylər arxa plana gedəcək, bəziləri isə tamamilə reallaşacaq. Əhəmiyyətli olan sizə güc verən layihələr üzərində nəzarəti saxlamaqdır.

1 iyun sevənlər üçün etiraf, təklif, toy zamanıdır. Ayın birinci hissəsində faliyyətləriniz üçün əlverişli yer tapacaq burada yenilikləri sınaqdan keçirəcəksiniz. İyunun sonlarına doğru işlərinizi nəzarətdə saxlayın ki, əlavə xərclər sizi çıxılmaz vəziyyətə salmasın. Hər hansı münasibəti bitirmək istəmirsinizsə, üzləşmə və sorğu-sualı təxirə salın. Ev işləri, təmir, dizaynla məşğul olmaq sizi rahatladacaq.

İyul ayında Marsın geriləmə hərəkəti keçilməz maneələr yarada bilər. Lakin payıza qədər yeni ideyalar və dostların dəstəyi ilə problemlərinizi həll edəcəksiniz. Məhz yayın ikinci yarısında maddi gəlirləriniz gözlənilməz şəkildə artacaq. Avqust ayında  çətinliklə də olsa uğur əldə edəcəksiniz. Başqasının köhnə layihəsinə kömək etmək, tərəfdaşlığı gücləndirmək sizin üçün  həm maraqlı, həm faydalı olacaq. Növbəti dövr üçün şüarınız maksimum mənfəət əldə etmək olmalıdır.

 Sentyabr ayında, məhdudiyyətlərin əksəriyyəti fərqində olmadan yox olacaq. Bəlkə də bu, karyera dəyişikliyi üçün ən yaxşı aydır. Ən azından bütün təklifləri, ən əsas da şəxsi maraqları qurban verməyə məcbur edənləri nəzərdən keçirməlisiniz. Çünki məhz onlar digərləriylə müqayisədə ən perspektivli seçimlər ola bilər. Oktyabr ayında köhnə əlaqələr biznesdə yeni bir səviyyəyə çatmağa, öz mövqeyinizi və ideyalarınızın əhəmiyyətini artırmağa kömək edəcək. Oktyabrın 29-u yeni işə başlaya bilərsiniz. Noyabr ayında çox enerjili olacaqsınız və ağlınıza çox sayda maraqlı fikirlər gələcək. Heç bir halda özünüzü əzdirməyin, qarşınıza çıxacaq hər bir maneəni dəf edin. Sevgi axtaran hər kəs evdən uzaqlaşa bilər, belə ki, kurslar və işgüzar səfərlərdən imtina etməyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar