“Uşaqlar hansı ev işlərini görə bilər?

Uşaqlar hansı ev işlərini görə bilər?

Uşaqların gündəlik ev işlərində valideynlərinə kömək etməsini təmin etmək çətin bir işdir. Onlar üçün bu işlər çətindir, çünki onlar ev işlərinin olmadığı bir dünya xəyal edirlər. Valideynlər üçün çətin olan isə uşaqların yaşına uyğun işlər tapmaq və işin görüldüyündən əmin olmaqdır. Yaxşı xəbər isə ondan ibarətdir ki, ev işləri, ailə fərdləri tərəfindən bölüşdürüldükdə bundan bütün ailə üzvləri fayda əldə edir.

Bu məqaləmizdə körpə uşaqların yaş qruplarına uyğun ev işlərini qeyd etdik:

2-3 yaş.

Bu yaş işlərin necə görüləcəyini göstərmək üçün vacib yaşdır. Ona verəcəyiniz işlər:

- Oyuncaqlarını yığmaq,

- Yemək yedikdən sonra qabını və stəkanını mətbəxə gətirmək,

- Yatağını əlindən gəldiyi qədər səliqəyə salmaq,

- Kirli paltarları yuyulacaq paltarların yanına qoymaq,

- Yerə tökdüyü su və s. şeyləri silmək.

4-5 yaş.

- 2-3 yaşın gördüyü bütün işlər,

- Yatağını yığmaq,

- Kirli paltarları paltaryuyan maşına atmaq,

- Geyimləri öz şkafına asmağa kömək etmək,

- Yenidən istifadə edilə biləcək tullantıları ayrı qaba yerləşdirmək,

- Evdə bir ev heyvanı varsa, ona yemək vermək,

- Toz almağa kömək etmək,

- Gülləri sulamaq.

6-8 yaş.

- 2-3 və 4-5 yaşın gördüyü bütün işlər,

- Süfrəni hazırlamaq,

- Qabları qabyuyan maşına yerləşdirmək,

- Yemək hazırlanarkən kömək etmək,

- Təmiz geyimləri şkafa yerləşdirmək,

- Marketdən alınanları yerləşdirməyə kömək etmək.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar