“Həddi aşmadan uşaqları necə qorumalı?

Həddi aşmadan uşaqları necə qorumalı?

Qayğı sözü bu günlərdə dilimizdə daha çox istifadə olunmağa başlayıb. Qayğı dövründə yaşayırıq və bu, həyatımızın bir parçasıdır. Hamımız gün boyu fərqli mövzularla bağlı qayğılar hiss edirik.

Valideyn olmaq isə qayğı ilə yaşamaq deməkdir. Uşağınızın gələcəyi haqqında əndişələnmək və uşağınızın incinməsindən əndişə etmək normaldır. Amma bəzi valideynlər bu qayğı ilə başa çıxa bilmir, nəticədə isə çox qoruyucu hala gəlirlər. Təəssüf ki, bu vəziyyət uşağın inkişafına, məsuliyyətli və yetişkin olmağına təsir göstərir, ehtiyacı olan qabiliyyətləri qazanmağına əngəl olur.

Uşaqları fiziki və mənəvi olaraq hər cür təhlükə və pislikdən qorumaq təbii valideynlik instinktdidir. Bu, onları sevmək və bəsləmək qədər önəmlidir. Digər tərəfən, bu qarmaşıq dünyada öz yollarını tapa bilmələri və təhlükəli olan vəziyyətləri ayırd edə bilmələri üçün bir növ bacarıqlara sahib olmaq lazımdır.

Onları həm qoruyub, həm də həyati bacarıqları əldə etmələrini necə uma bilərik?

Güvənli sahə yaradın

2 yaşa qədər uşaqlar üçün güvənli oynaya biləcəkləri bir sahə yaradın. Bu sahədə uşaqlar toxuna bilər, qavraya bilər, kəşf edə bilər və dişləyə bilərlər. Bu, həmçinin sizi “Ona dəymə!”, “Ora getmə!” deməkdən də qurtaracaqdır. Uşaqkən onları güvənli bir yerdə saxlamaq öyrənmə həvəslərini artıracaqdır. Uşağı həmin sahədən çıxardanda onu tək buraxmayın və qarşısına çıxan təhlükələri ona izah edin. Məsələn, “Bu istidir, əlini vursan, əlin yanar” kimi... Uşağın dediyinizi tamamilə anladığından əmin olun.

Uşağınıza təhlükəli və güvənli yerin nə olduğunu izah edin.

Uşaqlar böyüdükcə onlara daha da irəliyə getmək və daha çox şey etmək üçün azadlıq verin. Olduqları hər yerin bir güvənlik səviyyəsi var. Uşaqlara ev, park, alış-veriş mərkəzi və yol kimi məkanlar arasındakı fərqləri anlamasına imkan verin. Uşağınız siz olmadan yelləncəyə minə biləcəyinə güvənirsinizsə, bunu ona bəlli edin. “Məncə, tək başına da yelləncəyə minə bilərsən, amma diqqətli ol. Çox yaxınlaşsan, sənə dəyə bilərlər.” Kimi təməl ifadələrlə onları başa salıb parka göndərə bilərsiniz.

Qorxutmadan izah edin!

Uşaqlarınız təhlükələri anlamalıdır, amma həmişə qorxu içində də yaşamamalıdırlar. Qorxularınızı hiss edərlərsə, ürkəkləşə bilərlər. Bu səbəblə də qorxutmadan məlumatlandırmaq lazımdır.
Uşaqların öz işlərini etməsinə icazə verin.

Əndişəli valideynlər uşaqlar nəyisə qırıb dağıdacaq və ya yorulacaq deyə narahat olduqları üçün uşaqların işlərini özləri görürlər. Yataqlarını toplayır, çantalarını yığır və s. Bunu uşaqlarınız özü də edə bilər. Bunları etmək sizin üçün asandır, lakin uşaqlarınızın bacarıqlı və məsuliyyətli olması üçün öz işlərini özləri görməlidir. Bəzən dağınıq olsalar da, səhvlərindən dərs çıxartmağı da özləri öyrənməlidir.

Aşırı qoruyucu olmaq yaxşı valideynlikdir?

Aşırı qoruyucu olmaq günümüzdə yaxşı valideyn olmaqla bir tutulur. “Qaçma yıxılarsan! Qalın geyin üşüyərsən!” kimi ifadələr uşağın özünə güvənini sarsıdır. Yıxılmaqdan qorxmağı öyrənər, yıxılanda necə qalxacağını bilməz, ilk küləkdə xəstələnər. Uşaqlara səhvlər etməsi üçün imkan tanımasaz, sizə heç vaxt fikirlərini açmayacaqlar. Hər şeyi önünə qoyduğunuz üçün həyatın da bu şəkildə davam edəcəyini düşünər və ilk hüsranda çöküntü yaşaya bilərlər.

• Qoruyuculuq gündəlik baxım, qidalanma və duyğusal mövzularda da özünü göstərir. Uşağınız acı çəkməsin, incinməsin, heç nədən qorxmasın deyə çırpınarkən əslində onları həqiqi həyatla əlaqəsi olmayan suni dünyada böyütmüş olursunuz. Uşağınızın bütün istəklərini yerinə yetirmək, şirin dünyalar vəd etmək, onun üçün hər şeyi asanlaşdırmaq onu həyata qarşı hazırlıqsız buraxmaqdır.

• Halbuki, acı verən və ya narahat edən duyğuların da müəyyən missiyaları vardır. Duyğular enerji qaynağıdır. Sevinc, sevgi, həyəcan kimi həzz verən duyğular qədər, hüzn, qayğı, qorxu, əsəb kimi narahat edən duyğular da enerji yüklüdür. Uşağa bu duyğuları yaşamasına əngəl olmaq, uşağın özlüyündəki qoruma, inkişaf, instinkt kimi həyati bacarıqlarının enerjisini azaldır. Eyni zamanda uşağa yanlış mesaj vermiş olur. “Üzülmək, qorxmaq, incimək, əsəbiləşmək düzgün deyil. Sən bu duyğuları heç vaxt yaşama! Sadəcə pozitiv şeylər yaşamağa məcbursan!” kimi. Halbuki, acı verən duyğuları yaşamamaq, həyat yolunda bu kimi duyğularla qaçınılmaz olaraq qarşılaşıldığında necə baş edəcəyini bilməmək, duyğulardan qaçmaq, onları boğmaq və fiziki narahatlığa çevirməsinə səbəb olacaq.

Uşaqlarımızı texnologiya asılılığından necə uzaq tutaq?


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar