“Ana südünün möcüzəvi faydaları

Ana südünün möcüzəvi faydaları

Ana südündə körpənin ehtiyacı olan bütün qidalar ideal miqdardadır. Belə ki, ana südünün tərkibi uşağın yaşına uyğun olaraq dəyişir. Hər ananın südü öz körpəsinə lazım olan tərkibdədir.

Ana südünün həzmi asandır, körpəyə lazım olan zülallar və minerallarla zəngindir. Doğumdan sonrakı ilk 6 ay ərzində ana südü D vitamini xaricində körpənin bütün ehtiyaclarını qarşılayır. Bu səbəbdəndir ki, mütəxəssislər ilk 6 ay ərzində su da daxil olmaqla heç bir əlavə qidanın verilməsini məsləhət görmürlər.

Ana südü körpələr üçün sadəcə qida maddəsi deyil, o, həmçinin uşaqları xəstəliklərdən qoruyur. Uşaqların immun sisteminin inkişafında ana südünün əvəzsiz rolu var. Ana südünün tərkibindəki xüsusi maddələrin tənəffüs, həzm, sinir, ümumiyyətlə bütün sistemlərin inkişafında müstəsna əhəmiyyətə malikdir.

Ana südü körpələri infeksion və allergik xəstəliklərdən, ishal və tənəffüs yolu xəstəliklərindən qoruyur, uşaqların fiziki, ruhi, eyni zamanda zehni inkişafına təsiri çox böyükdür.

Ana südünün faydaları bir növ möcüzəvi xarakter daşıyır, elə bu səbəbdən də ilk 6 ay mütləq olmaq şərti ilə 2 yaşa qədər körpələrinizi ana südü ilə qidalandırmanız məsləhətdir.

Daha sağlam körpələr, daha sağlam gələcək!

Həkim, Allerqoloq – İmmunoloq Ləman Cəfərova


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar