1. Ərzaqlar:
- 1 yemək qaşığı cökə
- 1 yemək qaşığı razyana
- 1 yemək qaşığı çobanyastığı
- 1 çay qaşığı cirə
- 1 çay qaşığı kimyon
Hazırlanması:
Bütün vasitələri qarışdırıb, üzərinə 2 stəkan qaynar su əlavə edin. Çayınızın isti qalması üçün çaynikin üzərini dəsmal ilə örtün. Hər yeməkdən sonra bu çayı için.
2. Ərzaqlar:
- 2 litr isti su (8 stəkan)
- 1 yemək qaşığı cigitkən
- 1 yemək qaşığı razyana
- 2 yemək qaşığı melissa çayı
- 1 çay qaşığı kimyon çayı
- Təzə zəncəfil, sarı kök, darçın
- 1 ədəd portağal, 1 ədəd alma, 2 ədəd əncir qurusu
Bütün ərzaqları isti suda 15 dəqiqə dəmləyin, gün ərzində için.
3. Ərzaqlar:
- 1 çay qaşığı kimyon
- 1 çay qaşığı cigitkən
- çay qaşığı cirə
- 1 stəkan su
Hazırlanması:
1 stəkan suyu qaynadın. İçərisinə bütün ədviyyatları əlavə edib, 5 dəqiqə dəmləyin. Gün ərzində 4 stəkan içə bilərsiniz.
4. Ərzaqlar:
- 1 litr qaynamış su
- 3 paket razyana çayı
- 150 qram alma (dilimlənmiş)
- 1 limonun yarısı (dilimlənmiş)
Hazırlanması:
Qaynamış suda razyananı 5 dəqiqə dəmləyin. İçərisinə alma və limon dilimlərini əlavə edib 1 gecə soyuducuda saxlayın.
5. Ərzaqlar:
- 3.5 litr su
- 1 yemək qaşığı razyana toxumu
- yarım yemək qaşığı şüyüd toxumu
- 1 yemək qaşığı çəmən otu
Hazırlanması:
Suyu qaynadın. Toxumları qaynar suya əlavə edib, çayın rəngi qəhvəyi olana qədər yarım saat qaynadın. Soyuduqdan sonra içə bilərsiniz.