Gözlərimiz bizim ən dəyərli orqanlarımızdan biridir. Onları qorumaq və sağlam olmasına diqqət eləmək çox vacibdir. Gözümüzdə problem yarandığı zaman o daha da irəliləmədən həkimə göstərmək lazımdır. Bəs hansı vəziyyətlərdə göz həkiminə müraciət etməli?
• Hər növ görmə probleməri zamanı, çəp görmə, bulanıq görmə, cüt görmə, kölgəli görmə, yaxını görə bilməmək və s.)
• Gecə görmə problemi varsa,
• Görməyin azaldığı vəziyyətlərdə,
• Şəkər xəstəliyi, yüksək təzyiq, romatizmal xəstəliklər varsa,
• Gözdə çəplik varsa,
• Göz hərəkətlərində məhdudluq varsa,
• Gözdə ağrı varsa,
• Gözdə qızarıqlıq varsa,
• Gözdə qaşıntı və ya yanma hissi varsa,
• Gözdə axıntı varsa,
• Gözdə batma və yad cisim hissi varsa,
• Göz qapağının forması pozulubsa,
• Göz qapağında böyüyən kütlə varsa,
• Göz qapağı yaralanmışsa,
• Kirpiklərin formasında pozulma varsa,
• Kirpiklərdə tökülmə varsa,
• Göz kürəsi irəli çıxıbsa,
• Hər iki göz böyüklükləri arasında asimmetriya olması,
• Göz hərəkətlərinin ağrılı olması,
• Göz bəbəklərinin hər iki gözdə asimmetrik olması,
• Göz bəbəklərində bəyazlıq olması (xüsusilə də uşaqlarda),
• Korneada bulanıqlıq varsa,
• Hər cür göz yaralanması və ya gözə yad cismin girməsi,
• Zəhərli maddələrlə təmas zamanı,
• Gözdə tünd rəngli piqmentlərin çıxması,
• Bəzi dərmanları uzun müddət istifadə etdiyinizdə göz həkiminə görünmək məsləhətdir.
Mobil cihazlardan yorulan gözlər üçün üç 20 qaydası