“Bu çayla tez bir zamanda qripdən azad olun!

Bu çayla tez bir zamanda qripdən azad olun!

Payız fəsli başlayandan qrip,öskürək kimi xəstəliklərə yoluxmaq halları tez-tez baş verir. Nə qədər qorunsaq da, bu xəstəliklərə yoluxmaya bilmirik. Əsasən, ictimai yerlərdə çox olan insanlar qripə daha tez yoluxurlar. Biz çalışmalıyıq ki, qripdən tez bir zamanda canımızı qurtarmağın yollarını axtaraq. Biz bu məqaləmizdə sizə dərmanlara pul vermədən, demək olar ki, hamının evində olan zəncəfil ilə qripdən asanlıqla və tez bir zamanda necə azad olacağınızı yazmışıq.

Zəncəfil çayı necə hazırlanır?

Bir  stəkan qaynar suya bir çay qaşığı toz halında olan zəncəfil əlavə edib, qarışdırın. Bir az ilıq olandan sonra bir dilim limon və bir çay qaşığı da bal əlavə edərək için. Düzdür, zəncəfilin dadı acıdır, amma qripə həmin anda yaxşı təsir göstərir. Həmçinin, mədə qıcqırması problemi olan insanlar üçün də çox faydalıdır.

Bu çayla yanaşı, təzə zəncəfillə hazıralanan qarışıq da qripə yaxşı təsir edir. Bu qarışığı hazıralamaq üçün kiçik bir parça təzə zəncəfili sürtgəcdən keçirib, üzərinə bir az bal əlavə edib, çay qaşığıyla yavaş-yavaş yeyin. Üstündən isə bir stəkan ilıq su için.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!