“Boğaz ağrısından azad olmağın təbii üsulları

Boğaz ağrısından azad olmağın təbii üsulları

Havaların soyuması ilə birlikdə boğaz ağrıları da başladı.
Boğaz ağrısı orqanizmin viral və ya bakterial infeksiyalara qarşı immunitet sisteminin reaksiyasının bir parçası olaraq yaranır. 
Boğaz ağrısından azad olmağınızı təmin edəcək təbii üsulları sizə təqdim edirik:
 
1. Alma sirkəsi
Alma sirkəsi əzəldən bəri xalq təbabətində istifadə edilir. Tərkibinin əsasını təşkil edən sirkə turşusu bakteriyalarla mübarizəyə kömək edir.
Öskürək və boğaz ağrısının aradan qalxmasına kömək olmaq üçün 1 yemək qaşığı alma sirkəsi əlavə edilmiş 1 stəkan ilıq su için. İstəyə bağlı olaraq bal da əlavə edə bilərsiniz.
Alma sirkəsi antibakterial xüsusiyyətlərə malikdir və ilıq suyla az miqdarda istifadə edildiyində boğazınızın rahatlaşmasına kömək edə bilər.
 
2. Duzlu su ilə qarqara
Boğaz ağrısından azad olmaq üçün duzlu su ilə qarqara etmək çox bilinən təbii üsullardan biridir.
Duz suyu boğaz toxumalarından çəkərək şişkinliyi azaldır. Eyni zamanda boğazdakı mikrobları öldürməyə də kömək edir.
Hər saat başı duzlu su ilə qarqara edə bilərsiniz.
 
3. Bal
Bal boğaz ağrısını yüngülləşdirmək üçün digər təbii maddələrlə birlikdə istifadə edilən ləzzətli bir dadlandırıcıdır.
Həm infeksiyalarla mübarizə və ağrını yüngülləşdirməyə kömək edir, həm də dərmanların dadını danılmaz dərəcədə yaxşılaşdırır.
Bal əsasən ilıq su və alma sirkəsi ilə birlikdə daha təsirli olur.
Qeyd edək ki, 1 yaşından kiçik uşaqlara verilməməlidir.
 
4. Limon suyu
Limon suyu soyuq və ya qrip zamanı yaranan boğaz ağrısını yüngülləşdirən sərinləşdirici içkilərdəndir.
Limon C vitamini və antioksidan tərkiblidir. Eyni zamanda ağız suyu miqdarını da artırır və mukoza pərdələrinin nəmli qalmasına kömək edir.
Limon suyunu ilıq su və biraz da bal və ya duzlu su ilə qarışdıraraq faydasını daha da artıra bilərsiniz.
 
5. Zəncəfil çayı
Zəncəfil antibakterial və anti-inflamatuar reaksiyalara malik boğaz ağrısını yüngülləşdirməyə kömək edən ədviyyat növüdür.
Zəncəfil çayınızı özünüz hazırlaya bilərsiniz.
Tərkibi:
 
- Zəncəfil kökü
- 1 litr su
- 1 yemək qaşığı(15 ml) bal və ya zövqünüzə görə başqa hər hansı bir dadlandırıcı
- Sıxılmış limon suyu
 
Hazırlanması:
 
Zəncəfil kökünü soyub, sürtgəcdən keçirin. Bir qazanda su qaynadın. Su qaynadıqdan sonra kənara qoyun və 1 yemək qaşığı zəncəfili əlavə edib, qapaqla örtün.
10 dəqiqə gözləyin, dadlandırıcı və limon suyu əlavə edib, qarışdırın. Çayınız hazırdır!
Zəncəfil çayı  infeksiyalarla mübarizəyə kömək etməklə yanaşı, iltihablaşmanı azaldır və boğaz ağrısını yüngülləşdirir.
 
6. Kokos yağı
Kokos yağı da boğazdakı mukoza pərdələrinin yağlanmasına kömək etdiyi üçün rahatlaşdırıcı təsirə malikdir.
Kokos yağını isti çay və ya kakaoya 1 qaşıq elavə edə biləcəyiniz kimi, içəcəyiniz şorbaya da əlavə edə bilərsiniz.
Sadə şəkildə 1 qaşıq ağzınıza alıb, boğazınızda əriməsini də gözləyə bilərsiniz.
Kokos yağını gün ərzində 2 yemək qaşığından çox istifadə etməmək məsləhətlidir.
 
7. Darçın
Darçın antioksidanları yüksək və antibakterial faydalarla təmin edən xoş ətirli, ləzzətli ədviyyatdır.
Soyuqdəymə və ya qrip zamanı yaranan boğaz ağrısı və infeksiyalaşmanın qarşısını almağa kömək edir.
Bitki çaylarına və ya qara çaya da darçın əlavə edə bilərsiniz.
 
8. Bol miqdarda maye
Boğaz ağrınız olduğu zaman bol miqdarda maye qəbul etməlisiniz.
Eyni zamanda boğazınızın mukoz membranlarının nəmlənməsi vacibdir, ancaq bu yolla sağala bilərsiniz.
Kifayət qədər maye qəbul etmək orqanizminizin su səviyyəsini sabit saxlamağınızı və boğazınızın nəmli qalmasını təmin edər, beləliklə daha sürətli sağala bilərsiniz.
 
9. Toyuq şorbası
Toyuq şorbası soyuqdəymə və boğaz ağrısında çox bilinən bir təbii müalicə növüdür.
Eyni zamanda bu yemək xəstə olduğunuz zamanlarda daha çox maye qəbul etməyinizi təmin edəcək.
 
10. Nanə çayı
Nanə çayı boğaz üçün olduqca rahatlaşdırıcı tərkibə malikdir. Belə ki, nanə boğazı uyuşduraraq ağrını aradan qaldırır.
Təzə nanə yarpaqlarını qaynar suda 3-5 dəqiqə saxladıqdan sonra yarpaqlarını sıxaraq içə bilərsiniz.
Nanə çayı iltihablaşmanın da azalmasına kömək edir.
 
11. Çobanyastığı çayı
Araşdırma nəticələri xoş ətirli çobanyastığı çayının yuxu gətirərək, infeksiyalarla mübarizəyə və ağrını azaltmağa kömək etdiyini göstərir.
 
12. Təbii boğaz pastilləri
Çaylar, infuziyalar və digər içkilər sakitləşdirici və nəmləndirici təsir bağışlasalar da bəzən boğaz pastili istifadə etmək də rahatlaşdırıcı ola bilər.
Apteklərdən və ya mağazalardan boğaz pastilləri alıb, boğazınız ağrıdığı zaman istifadə edə bilərsiniz.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!