“Bəyəndiyiniz insanın diqqətini cəlb etmək elə də çətin deyil

Bəyəndiyiniz insanın diqqətini cəlb etmək elə də çətin deyil

Səmimi gülüş, sirli xarakter, gözəl görünüş... Kişilərin diqqətini cəlb etmək düşündüyünüz qədər çətin deyil.
Bu addımları izləyərək xəyalını qurduğunuz münasibəti yaşayabilərsiniz. 
 
1. Özünüz olun!
 
Uzun müddətli bir münasibət qurmaq istəyirsinizsə, olduğunuz kimi görünməyiniz mütləqdir.
Başqa biri kimi görünərək bəyəndiyiniz insanın diqqətini cəlb etməyə çalışsanız, onun sizə həqiqətən aşiq olmayacağını da qəbul etməlisiniz.
Üstəlik başqası kimi davranmaq münasibətinizə xoşbəxtlik deyil, yalnız bədbəxtlik gətirər. Bu səbəbdən əgər həqiqətən onun diqqətini çəkmək istəyirsinizsə, olduğunuz kimi davranın. Onsuzda sizi olduğunuz kimi sevməyəcək birinin diqqətini cəlb etməyə çalışmaq mənasız olar.
 
2. Hər mənada gözəl görünün!
 
İlk təəssürat üçün gözəl və baxımlı görünmək həqiqətən çox vacibdir, amma sizə aşiq olacaq insanın təkcə üzərinizdəki sizə çox yaraşan paltara vurulacağını da düşünməyin. Kişilər xarici gözəllik qədər daxili gözəlliyə də aşiq olurlar. Təbiiliyiniz, səmimi davranışlarınız gözəl görünmək üçün kifayətdir.
 
3. Gülümsəyin və pozitiv olun!
 
Səmimi bir gülüşdən daha cəlbedici nə ola bilər ki? Kişilər gözəl gülən və səmimi qadınları çox bəyənirlər. Gülümsəməyiniz və pozitiv söhbətləriniz aranızdakı səmimiyyəti artırmaqla yanaşı, bəyəndiyiniz insanı da valeh edəcəkdir.
 
4. Sirli görünün
 
Bəyəndiyiniz insanla danışmağa başladığınız ilk anlarda qətiyyən mövzunu keçmiş münasibətlərinizə çəkməyin.
Təkcə keçmiş sevgili mövzusu deyil, həyatınızla bağlı hər şeyi də bir anda ona açıb, danışmayın.
Bəyəndiyiniz insanın ağlında sizinlə bağlı maraqlı suallar yaratmaq onun sizə bir neçə addım daha yaxınlaşmasına səbəb olacaq.
 
5. Hisslərinizi açıq şəkildə bildirməyin!
 
Onu çox bəyənirsiniz, hətta diqqətini cəlb etmək üçün əlinizdən gələni də edərsiniz, amma onunla danışmağa başladığınız ilk andan hisslərinizi bildirməyin. 
 
6. Ortaq məşğuliyyətlər tapın
 
Onunla danışarkən sıxılır, mövzuya hardan başlayacağınızı bilmirsinizsə, o zaman ortaq məşğuliyyətlər kəşf edin.
Kitablardan və ya filmlərdən danışmaq uzun müddət davam edəcək bir söhbətin başlanğıcı ola bilər. Üstəlik söhbətin sonunda sizə "Həftə sonu bu filmə gedək?" sualı belə ünvanlana bilər.
 
7. Hər şeyi axarına buraxın
 
Onunla tez bir zamanda münasibət qurub xoşbəxtliyinizi yaşamaq istəsəniz də, hər şeyi axarına buraxmaq ən yaxşısıdır. Bu günə qədər onun diqqətini çəkmək üçün bir çox şey etdiniz, amma həqiqətən doğru insandırmı? Bunu başadüşmək üçün münasibətinizin formalaşmasını zamana buraxın. Onsuzda sizi həqiqətən bəyənibsə, münasibətinizin başlaması üçün ilk addımı atacaq. Kişilərin məcbur edilməyi sevmədiyini və bu mövzularda rahat davranan qadınlarla daha yaxşı münasibət qurduqlarını da unutmayın.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar