“Yeni trend: Məzuniyyət günü xınası

Yeni trend: Məzuniyyət günü xınası

  • 06.06.2016

  • Moda
  • 2491

Son zamanlarda Türkiyədə yeni trend meydana çıxıb: Məzuniyyət xınası. Bəs nədir bu məzuniyyət xınası?

İyun ayının gəlişi ilə dünyanın bir çox ölkəsində məzuniyyət tədbirləri başlayıb. Əvvəlki illərdə diplom təqdimatı və yığıncaqlar ilə qeyd olunan məzuniyyət günləri Türkiyədə artıq yeni trendin təsiri altındadır. Son günlərin populyar əyləncəsi artıq məzuniyyət xınasıdır. Biz də İnstagramda bir çoxları tərəfindən paylaşılan məzuniyyət xınası şəkillərinin mənbəyini sizlər üçün araşdırmaq qərarına gəldik.

Uzun müddət davam edən məktəb və universitetdən sonra məzun olan qızlar öz aralarında əyləncə gecəsi təşkil edir. Bu, iştirakçı sayından asılı olaraq bəzən evdə, bəzən isə restoranda qeyd olunur. Normal məzuniyyət geyimi seçilir. Məzuniyyət xınasında da digər xına günlərində edilən şeylər edilir. Ancaq gəlin olmur. Hamı bir-birinə xına çəkib, rəqs edir və mahnı oxuyur. Tortlar kəsilir, çoxlu şəkil çəkdirilir və gecə bitdikdən sonra hamı evinə gedir.

Bəs siz nə düşünürsünüz? Məzuniyyət günündə xına çəkmək istəyərdinizmi? Bu xüsusi günü  heç unutmayacağınız bir əyləncə halına gətirmək istəyirsinizsə, bəlkə bu fikir sizin üçün də maraqlı ola bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!