“2016 yaz-yay saç trendləri

2016 yaz-yay saç trendləri

  • 21.02.2016

  • Moda
  • 4530

Mütəxəssislərin sözlərinə görə Futuristik saçlar, ortadan ayrılan saçlar, yana ayrılan saçlar və saç aksesuarları bu ilin yaz-yay dəbi olacaq. Mütəxəssislərin sözlərinə görə qısa kəsilmiş saçların dəbi geri qayıdır və həmçinin qatlar dəbdədir.

Futuristik saçlar

Futuristik saçlar

Bu model cəsarət tələb edən saç modelidir. Qeyri-adi görünən bu saçlara hörüklər, rəngli saç aksesuarları, Afrika hörükləri cürətkar bir hava qatır. Bu saç modelində yuxarı hissə yaş görünüşə, ucları isə quru və mat görünüşə malikdir. Bu saç modeli nə baxımsız, nə də çox baxımlı olmalıdır. Bu modeli seçən xanımlar onun baxımsız görünüşünə aldanmasınlar, əksinə bu saç modeli digər saçlara nisbətən daha çox baxım tələb edir.

Ortadan ayrılan saçlar

Ortadan ayrılan saçlar

Bu modelin əsas funksiyası heç daranmamış kimi yığılması və ya açıq saxlanılmasıdır. Bu tip saçlar 2016-cı ili yay aylarında ən çox seçilən saç modeli olacaq. Modanın qarışıq və şişirdilmiş olduğu dövrdə ortadan ayrılan saçlar dəbin əksini hiss etdirərək gözəllik yaradır. Bu saç modeli də kənardan çox sadə görünsə də əksinə, hər zaman baxıma ehtiyacı olan saç modelidir.

Yana ayrılan saçlar

Yana ayrılan saçlarYana ayrılan saçlar

Yeni sezonun rahat və modern saç tiplərindəndir. Bu saç modelini əldə etmək üçün ilk növbədə yaxşı saç fırçaları, fen və saça həcm vermək üçün kremlər lazımdır. İlk əvvəl saça həcm verin və daha sonra saçınızı düzləşdirərək yan tərəfə ayırın. Ayırdıqdan sonra həmin ayrılan hissəyə sprey və ya yaş görsənməsini istəyirsinizsə, jele sürtün.

Saç aksesuarları

Saç aksesuarları

Əvvəlki sezonda da dəbdə olan saç aksesuarları bu sezon da öz yerini qoruyub saxlayır. Bu sezon daha yeni saç aksesuarları dizaynerlər tərəfindən satışa çıxarılacaq. Bəzəkli saç aksesuarları, üzüm salxımı formasında taclar, antikvar başlıqlar, çiçək budaqları, tropik çiçəklər və 1950-ci illərin saç bəzəkləri bu ilin trendləri arasında öz yerlərin alacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!