“Kosmetik məhsulları necə saxlamaq lazımdır?

Kosmetik məhsulları necə saxlamaq lazımdır?

Çox bəyənərək aldığınız kirpik üçün sürmə quruyur, kremlərin qoxuları fərqliləşirsə, kosmetik məhsulları necə saxlamalı olduğunuzu bilmirsiniz deməkdir. Ancaq leydi.az komandası sizlər üçün bunun yollarını axtarıb, tapdı.

Kremlərinizi soyuducuda saxlayın.

Kremlərinizin üstündə son istifadə müddəti qeyd olunur. Kremi ən uzun saxlamaq müddəti 30 aydır. Ancaq qısa müddət ərzində həmin krem xarab olursa, tək çarəsi kremlərinizi soyuducuda saxlamaqdır.

Kirpik üçün sürməni necə saxlamalısınız?

Qurumağa başlayan kirpik sürməsinin fırçasına bir iki damcı ilıq su və ya gənəgərçək yağı damcılada bilərsiniz. Beləliklə, sürmənizin ömrünü uzatmış olacaqsınız.

Dodaq boyanızı fırça ilə çəkin.

Dodaq boyanızı xüsusi fırça ilə çəksəniz həm daha gözəl çəkmiş olarsınız, həm də dodaq boyanızı sona qədər istifadə edə bilərsiniz.

Dırnaq boyanızı sulandırın.

Quruyan dırnaq boyasının içinə bir neçə damcı dırnaq qoruyucu əlavə edərək sulandıra bilərsiniz. Beləliklə, həm boyanız sulanacaq, həm də parıldayacaqdır.

Qələmlərinizi soyuducuda saxlayın.

Göz və dodaq qələmləri ucları yonulduğu zaman qırılır və beləliklə, tez qurtarırlar. Qələmlərin qırılmaması və yayılmaması üçün istifadə etməzdən yarım saat əvvəl soyuducuda gözlədin. Bu zaman qələmin ucu sərtləşəcək və daha rahat yonulacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!