“Hamiləliyin ilk 12 əlaməti

Hamiləliyin ilk 12 əlaməti

Menstruasiyanın gecikməsi. Bu, böyük ehtimalla ən dəqiq olan əlamətdir. Lakin bəzən digər səbəblərdən də menstruasiyanın gecikməsi hallarına rast gəlinir.

Özünü hamilə kimi hiss etmək. Bir çox qadın hamilə olub-olmaması ilə bağlı bir hissə öncədən sahib olur və adətən bu hissiyyat doğru çıxır.

Sinədə həssaslıq. Sinə nahiyəsində ağrı hamiləliyin nəzərəçarpan ən erkən əlamətlərindən biridir.

Yorğunluq hissi. Başın hərlənməsi və halsızlıq erkən hamiləlik əlamətlərindən biridir. Axşamlar tez yatmaq istəyi və səhərlər yerindən qalxmaq istəməmək bunlara misal ola bilər.

Ürək bulanması. Ürək bulanması hamiləliyin erkən dövrlərində ortaya çıxan digər bir əlamətdir. Gözlənilmədən ürəkbulanma başlaya bilər.

Başın hərlənməsi və ürək getməsi. Bir digər əlamət isə başın hərlənməsidir. Bir müddət ayaqda durduqdan sonra baş gicəllənməsi yaşaya bilərsiniz. Bu təzyiqinizin düşməsi nəticəsində ortaya çıxan bir haldır.

İştahın açılması və ya bəzi qidalardan diksinmək. Hamiləliyin digər bir əlaməti də ana namizədlərinin iştahının açılmasıdır. Mövsümsüz meyvələri istəyə bilərsiniz. Digər tərəfdən bunun əksinə olaraq bəzi qadınların çox sevdiyi qidalara qarşı diksinmə yaşaması da mümkündür.

Qoxuya qarşı həssaslıq. Hamilə qadınların bir çoxunda tez-tez baş verən digər əlamət də qoxulara qarşı yaranan həssaslıqdır. Hər hansı yemək və ya ətirin qoxusu onları həddindən artıq narahat edib, ürəyini bulandıra bilər.

Qıcqırma və ya qəbizlik. Mədədə qıcqırma və ya bağırsaqlarda qəbizlik ola bilər. Eyni zamanda bədəndə artan hormon səviyyələri də həzmi yavaşlada bilər.

Əhval-ruhiyyədə olan ani dəyişikliklər. Bədəninizdə yaranan hormonal dəyişikliklərə bağlı olaraq əhvalınızda da bəzi fərqliliklər yarana bilər. Birdən-birə əsəbləşib, stressə girə bilərsiniz. Bir an gülərkən, bir anda kədərlənib ağlamaq mümkündür.

Bədən temperaturunun yüksəlməsi. Bədəndə yaranan istilik də hamiləliyin vacib əlamətlərindən biridir. Yüngül qızdırma hiss olunur. Buna görə də hamiləlik boyu bədəninizdəki temperatur dəyişikliklərinizi müşahidə edə bilərsiniz. Uzun müddət davam edən qızdırma hallarında isə həkimə müraciət edin.

Qarında şişkinlik. Əlbəttə qarın nahiyəsində şişkinlik hamiləliyin ən çox bilinən əlamətlərindəndir. Hamiləliyin ilk həftələrində qarın hələ də olduqca kiçik olduğundan hamilə olduğunuz ağlınıza gəlməmiş də ola bilər.

Hamilləlik testi nə zaman edilməlidir?

Hamiləliyin ilk həftəsi

Hamiləlik şansını nələr azaldır?

Buradan android tətbiqimizi endirə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar