“Qatığın həzmə faydaları

Qatığın həzmə faydaları

Qatığın faydaları arasında ilk ağıla gələn sümüklərin sağlamlığı üçün vacib minerallar baxımından zəngin olmasıdır. Həzmi nizamlamaq, vitamin və minerallarla qidalandırmaq, arıqlatmaq kimi xüsusiyyətlərlə yanaşı, bir çox faydası da vardır.

Bağırsaqlarda olan və yeyilən qidaların həzmi zamanı istifadə edilən yaxşı bakteriyaların sayı azaldıqda qəbizlik kimi həzm problemləri baş verir.

Bu bakteriyaların əsas vəzifəsi qidaların parçalanmasıdır. Qatıq bu yaxşı bakteriyaları özündə cəmləşdirir və bu xüsusiyyətli ilə qəbizliyə qarşı qorunmanızı təmin edir. Beləcə həzmi də asanlaşdırır.

Ancaq həzmə kömək edən bakteriyalar hər qatığın tərkibində eyni miqdarda deyil. Əgər qatığı həzminizi yaxşılaşdırması üçün yeyəcəksinizsə, bağırsağın mikroflorası üçün faydalı mikroorqanizmləri özündə cəmləşdirən və bu məqsədlə istehsal edilən qatıqlara üstünlük verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar