“Uşaqların yuxu saatı sizin üçün problem saatıdırmı?

Uşaqların yuxu saatı sizin üçün problem saatıdırmı?

Uşağınız gecə yatmamaq üçün bəhanələr uydurur? Hazırda “qaranlıq” deyə bir şey yoxdur. Dövrümüzdə hamının evi işıqlıdır. Belə ki, evin bütün işıqlarını söndürdüyümüz halda küçə işıqları, maşınların işıqları və s. səbəbindən otaqlarımız heç qaranlıq olmur. Həmçinin həyat tərzimizə bağlı olaraq valideynlər də gecə çox gec yatır. Belə olduqda ata-anaları qonaq otağında yaxşı vaxt keçirən uşaqlar da yatmaq istəmir. Nəticədə uşaqların yuxu saatının yaxınlaşdığını onlara xatırlatdıqda “bir az da”, “10 dəqiqə sonra”, “yuxum gəlmir” kimi etirazlarla qarşılaşırıq.

Bunun bir çox səbəbi var. Burada vacib olan valideynlərin uşaqlarının yuxu probleminin səbəbini tapa bilməsidir. Problemin səbəbi aşkar olduqda həlli yolunu tapmaq da olduqca asan olacaq. Gəlin bunlardan bəzilərinə və həll yollarına birlikdə nəzər salaq.

- Uşaqlar gün ərzində lazımi qədər sevgi və diqqət görmədikdə ailələri ilə bir az daha çox vaxt keçirmək istəyirlər. Bu, xüsusilə gecə gec saatlara qədər işləyən valideynlərin uşaqlarında qarşılaşılan bir haldır. Uşaqların yuxu problemlərində ən çox rast gəlinən səbəblərdən biri budur. Əslində təkcə uşağınızla gün ərzində daha çox vaxt keçirməklə bunun öhdəsindən gələ bilərsiniz.

- Bəzi uşaqların gecə qorxusu var. Onlar otaqlarında tək yatmaq istəmirlər. Belə uşaqlar üçün isə həll üsulu ata və ya ananın uşağın yanında qalıb onun yuxuya getməsini gözləməsidir. Bir-iki həftə bu, valideyn üçün çətinlik törədə bilər. Amma uşağın həm qorxularının öhdəsindən gələ bilməsi, həm də yuxu rejiminin pozulmaması bununla əlaqəlidir.

- Həddindən çox kompyuter, telefon, televizor, planşet kimi texnologiyalar ilə məşğul olan uşaqlar yuxuya getməkdə çətinlik çəkmək, yata bilməmək, tez-tez qorxulu yuxular görmək kimi yuxu problemləri yaşaya bilirlər. Bu problemin öhdəsindən gəlmək əlbəttə uşağınızın elektronik cihazlarla daha az məşğul olması ilə asanlaşacaqdır.

- Uşağınız gec yatmasına baxmayaraq tez oyanır və gündüz yuxusuzluqdan diqqətsizlik yaşamırsa, yəni yuxu saatı ona bəs edirsə, əslində uşağınızın yuxu saatında poblem yoxdur. Sizin uşağınızın rejiminə görə öz işlərinizi qaydaya salmağınız daha yaxşı olar.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar